Türkiyənin pop ulduzu Hadisə hər kəsi təəccübləndirəcək bir addım atıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı ötən gün instaqram səhifəsində foto paylaşaraq müzakirələrə səbəb olacaq şərh yazıb: “Şyapam və mən. Bəyənməyənlər fotonu “zoom” etsin. Onlara gözəl bir hədiyyəm var”. Şəkli yaxınlaşdırdıqda isə Hadisənin barmağı ilə qeyri-etik işarə göstərdiyi məlum olub. O, belə yola əl ataraq son zamanlar geyimini tənqid edənlərə cavab verib. Müğənninin bu addımı istər media, istərsə də, sosial şəbəkələrdə tənqid atəşinə tutulub.