Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində yerləşən marketlərdən birində qeydə alınıb. Belə ki, marketdən 14.000 manat oğurlamaqda şübhəli bilinən kənd sakini Tural Kərimov saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.