Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejiminin müddəti uzadılıb

10:51 - 3 Yanvar 2019 - Xəbər

Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejiminin müddəti uzadılıb

Ucnoqta.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzadıb. DANX sərnişinlərdən biletlərin avtovağzalların kassalarından əldə etməyi xahiş edib:
 "Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir. Yolunuz açıq olsun!", - deyə DANX-nin açıqlamasında bildrilib.

Xəbər xətti