Moskva aeroportlarında 20-dən çox reys gecikib, 9-u ləğv olunub

13:08 - 2 Yanvar 2019 - Xəbər

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 20-dən çox reys gecikib, 9 uçuş ləğv olunub.

Əlverişsiz hava şəraiti səbəbindən Vnukovoda 2, Domodedovoda 10 reys gecikib, 9-u ləğv olunub, Şeremetyevoda isə 9 reys gecikmə ilə həyata keçiriləcək. Jukovski aeroportunda isə bütün reyslər cədvəl üzrə icra olunur.

Sinoptiklər 2019-cu ilin ilk həftəsi ərzində Moskvada qarlı hava şəraitinin davam edəcəyini bildirir.trend

Xəbər xətti