"Yaşam Residence" Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında ağacların köçürülməsinə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, şirkətin icraçı direktoru Elşən Mahmudov Unikal.org-a açıqlamasında bildirib ki, Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvanda ərazidə ağacların qırılması xəbəri həqiqətə uyğun deyil.
“2006-cı ildə şəxsi mülkiyətimizə verilmiş torpaq sahəsində tikinti aparılması üçün lazım olan bütün sənədlər toplanılıb, müvafiq qurumlara göndərilib. Bununla belə, layihədə plana düşən ağaclar qanun çərçivəsində sənədləri toplanaraq, köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub. Müraciətimiz əsasında, Birliyin əməkdaşlarının iştirakı ilə ağaclar sözügedən ərazidən çıxarılaraq, başqa bir ərazidə əkilib”.
***11:32
Nəsimi rayonunda "Yaşam Residence" tikinti şirkəti ağacları kəsərək yerində hündürmərtəbəli bina tikintisinə başlayıb
Ucnoqta.az xəbər verir ki, belə ki, MTK "Memar Əcəmi" metrostansiyası yaxınlığında ərazini hasarlayaraq ağacları kəsib hündürmərtəbəli yaşayış binası tikintisinə başlayıb.
Qeyd edək ki, ərazidə olan şam ağacları ötən aydan hasarlanmışdı, bayram günlərində isə qırılaraq yerində tikinti aparılır.