Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, dekabrın 31-i axşam və yanvarın 01-də respublikanın dağlıq və dağətəyi rayonlarında gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq. ETSN sürücülərə diqqətli olmağı tövsiyyə edir.