Müğənni Rəqsanə İsmayılova və qızı Aysun “Show News” proqramına maraqlı açıqlama veriblər.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəlcə Rəqsanə əkiz övladlarının səhhətindən danışıb: “Şükür ki, əkizlər böyüməyə başlayıb. Qızımız demək olar ki, tam yaxşıdır, oğlan isə biraz narahatdır. İstər-istəməz oğlanlar bir az zəif olurlar. İnşallah, yəqin ki, yaxşı olacaq. İnstaqramda hərə oturub bir söz yazır. Ona görə, mən qapalı qalmağını istədim. Biz artıq bu sənətin içindəyik. Mənim özümə nə deyirlər, desinlər. Amma övlada toxunmağı xoşlamıram. Yaxşı ki, mən uşaqlarımı Moskvada dünyaya gətirmişəm”.
İfaçı övladları arasında 10 il fərq olduğunu qeyd edib:“Aysun 1998-də, Yağmur 2008-də, əkizlər isə 2018-ci ildə doğulub. Uşaqlarımın arasında 10 il fərq var”.
Növbəti uşaq istəyinə isə müğənninin cavabı belə olub: “Əslində mən uşaq istəyənəm. Yaxşı ki, sənətə gəlmədən öncə cavanlıq vaxtlarımda Aysunu dünyaya gətirmişəm. Mənim 39 yaşım var. Bəzi müğənnilər kimi yaşımı danan insan deyiləm. 1979 təvəllüdəm. Bizimkilərin 50 yaşı var, deyirlər ki, mənim 30 yaşım var. Mən sənətə gəlməsəydim, bəlkə də burdan ora qara-qara gədələr düzərdim. Bundan sonra düşünmürəm. Amma bəlkə də oldu. Yalandan deyim eləmərəm, yox, edərəm. Mən uşaq sevirəm”.
Müğənninin qızı Aysun da anası ilə bağlı maraqlı açıqlama verib: “Ondan olsa hər il bir övlad dünyaya gətirər. Futbol komandası yığardıq”.