Hollivud ulduzu Leonardo Di Kaprio məşhur biznesmen Jo Lounun ona verdiyi “Oskar”ı geri qaytarır.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb iş adamının adının korrupsiyada hallanmasıdır. Aktyor J. Lounun həbsindən sonra belə bir qərara gəlib. Bu məqamda bildirək ki, iş adamı Hollivud ulduzu hələ “Oskar” almamışdan əvvəl dünyasını dəyişən Marlon Brandonun mükafatını 600 min dollara alıb və Di Kaprioya hədiyyə edib.
Daha sonra aktyor bu mükafatı 2016-cı ildə Alexandro Qonsales İnyartunun "The Revenant" ("Sağ qalmış") filmindəki roluna görə alıb.