Müğənni Hadisə bu dəfə paltarının qiyməti ilə gündəm yaradıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisənin “Altın Kelebek” mərasimində geyindiyi dəstinin qiyməti dodaq uçuqladıb. Məlum olub ki, Hadisə təntənəli gecə üçün geyimlərini fransız moda evindən seçib.
Hadisə şlyapasına 940 funt-sterlinq (6 min 280 TL), önlüyünə 2400 dollar, (12 min 779 TL) ətəyinə isə 4 min 700 dollar (31 min 430 TL) olmaqla ümumilikdə təxminən 50 min TL xərcləyib.