Xəbər verdiyimiz kimi, "Altın kelebek" mükafatlandırma mərasimində Azərbaycanı xalq artisti Aygün Kazımova təmsil edib.
Müğənni gecədə iki geyimdə görünüb. İlk olaraq qırmızı xalçaya çıxan Kazımova gümüşü rəngli kostyum geyinib. Rüfət İsmayılın kolleksiyasından olan geyimi müğənni qara kəmər, və transparan kofta ilə tamamlayıb. Aygün saçına isə qara aksesuar taxıb. Daha sonra mükafatını almaq üçün səhnəyə çıxan ifaçı qara transparan paltar geyinib. Sözügedən libas da Rüfətin kolleksiyasındandır. Üzəri muncuqlarla bəzədilən paltar qısa və bir az qapalı olub. Kazımova libası qara uzun çəkmə ilə tamamlayıb.
Gecədə "İlin qadın müğənnisi" nominasiyasında mükafat alan Aygün sosial şəbəkədə paylaşım edib. O, şəklinə "Bu uğur hamımızındır" sözlərini yazıb.
Qeyd edək ki, mükafata nazimədlər arasında Kazımova ilə yanaşı müğənnilər Roza Zərgərli, Dilarə Kazımova, Günay İbrahimli, Aysel Əlizadə, Xatirə İslam, Səmra Rəhimli yer alıblar.axsham.az