Best Model of Azerbaijan 2018 - FOTO

16:09 - 8 Dekabr 2018 - MAQAZİN

“Best Model of Azerbaijan 2018” yarışmasının finalı “Fairmont Baku Flame Towers”da keçirilib. Tədbirin aparıcıları isə Samir Bayramlı və Vüsalə Səid olub. Səhnədə xüsusi qonaq olaraq Dj Çina modelləri müşayiət edib.

Qeyd edək ki, müsabiqədə ən kiçik finalçının yaşı 16, ən böyük finalçının isə 30-dur. Münsiflər kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, "Eurovision" təmsilçimiz, müğənni Elnur Huseynov, şairə Zəhra Bədəlbəyli, aparıcılar Nərgiz Cəlilova, Afaq Gəncəli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, modelyer-dizaynerlər Afaq İsmayılzadə, Songül Başar, xoreoqraf Syama Həsənova və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.

Qonaqlara defile teqdim olunub, müğənnilərdən Elnur Huseynov, Rauf Əhmədov, Elvin Babazadə və Fərid Həsənov səhnədə yer alıblar.

"Best Model" gecəsində "ən yaxşı xanım" Aygül Səfərova, "ən yaxşı bəy" isə Şakir Əhmədzadə olub.

Lakin Aygül Səfərova, ailəsi izn vermediyi üçün beynəlxalq müsabiqədə iştirak edə bilməyib. Ölkəni xanım modellərdən 2-ci yerin sahibi Cəmilə Qoluboviç təmsil edib. Aygül Səfərova öncədən bu barədə təşkilati komitəyə məlumat vermədiyi üçün müsabiqənin prezidenti Erkan Özermanın qərarı ilə birincilik Aygül Səfərovadan Cəmilə Qoluboviçə keçib. Erkan Özerman qeyd edib ki, qalib ona görə seçilir ki, olkəsini xaricdə beynəlxalq finalda təmsil etsin, əgər bu baş vermirsə, "Best Model of Azerbaijan" titulunu daşıya bilməz.

Yekun qərara görə nəticələr belədir.

FIRST RUNNER-UP - Nuru Əhmədov
FIRST RUNNER-UP - Aygül Səfərova
SECOND RUNNER -UP - Pərvin Həsənzadə
SECOND RUNNER -UP - Elvin İsmayılov
THIRD RUNNER UP - Tural İsmayılov
THIRD RUNNER UP - Umleyla Bakhtiozina
BEST CATWALK - Luiza Matkazina
BEST CATWALK - Nurullah Davudov

Best Physics - Xudaverdi Xəlilov
Best Promising - Hüseyn Telmazzadə
Best Gentleman - Sirac Bəyalızadə
Best Photomodel - Fariz İlyasov
Best Photomodel - Emiliya Həmidova
Best Friendship - Nihat Quliyev
Miss Provence - Cəmilə Qoluboviç
Mister Provence - Nuru Əhmədov
Best Popularity - Həyat Aslani
Best Fitness- Kənan Ali
Best Popularity - Elvin Paşa
Best Evening Gown - Leyla Abbasova
Best Evening Gown - Emil Qasımov
Best Charming - Kristina Samarina
Best Star - Rüstəm Hacıyev
Best Lady - Zuleyxa Orucova
Best Elegance - Sevinc Pirbaşova
Best Glamour - Orxan Əsgərov
Best Style - Kamal Əlili
Best Smile - Yeganə Talıbova
Best Grace- Nurlana Verliyeva
Best Press - Aytac Əliyeva

Layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanova, Baş Kordinator Ləman Mirtalıblı, Media Kordinator Novruz İsmayıl.
trend


Xəbər xətti