Prezident bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib-Foto

11:33 - 5 Dekabr 2018 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerlin etimadnaməsini qəbul edib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.


Xəbər xətti