Ucnoqta.az
www.ucnoqta.az

Prezident bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib<font color=red><b>-Foto</b></font>

11:33 - 5 Dekabr 2018 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerlin etimadnaməsini qəbul edib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.

Müəllif: