Qaxda itkin düşən qız Bakıda tapıldı

11:54 - 29 Noyabr 2018 - Xəbər

Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb. DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

Xəbər xətti