Kosovo yığması Azərbaycan millisini darmadağın etdi
01:36 - 21 Noyabr 2018 - İDMAN
Bu gün Millətlər Liqasında əsas mərhələyə yekun vurulub. Matç.az saytı xəbər verir ki, D liqasında mübarizə aparan Azərbaycan yığması son oyununu keçirib.
3-cü qrupda çıxış edən yığmamız VI turda Kosovo ilə qarşılaşıb. Qrup lideri ilə görüşə iddialı yollanan Qurban Qurbanovun yetirmələri darmadağınla üzləşib.
Belə ki, 1-ci yerlə C liqasına və AVRO-2020-nin pley-offuna vəsiqə əldə etməsinə ümidlər bəslənən yığmamız 0:4 hesabı ilə uduzub. Bu böyükhesablı məğlubiyyət komandamızın turnirdə ilk yenilgisi olub.
Beləliklə, turniri 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə başa vuran millimiz qrupda 2-ci yeri tutub. Komandamız növbəti Millətlər Liqasında da ən zəiflərin yer aldığı D liqasında oynamalı olacaq.
20 noyabr
D Liqası
23:45. Kosovo – Azərbaycan - 4:0
Qollar: A. Zeneli, 2 (1:0), 50 (2:0), 77 (4:0), A. Rrahmani, 61 (3:0)
Baş hakim: Benua Milyo (Fransa)
Priştina. Fadil Vokrri stadionu
23:45. Malta – Farer adaları - 1:1 (İkinci hissə)
Qollar: R. Yensen, 3 (0:1), Korbalan, 4 (1:1)