“Azərsun Holdinq”ə məxsus özünün “Azərçay” və “Bizim Tarla” markaları Lənkəran "Çay, çəltik, sitrus festivalı"ndan iştirak edib.
Hər iki markaya məxsus stendlər festival ziyarətçiləri tərəfindən böyük marağa səbəb oldular. Azərbaycanın ixrac potensialının artırılması və yerli məhsullarımızın dünya bazarlarına çıxarılmasına böyük əhəmiyyət verən “Azərsun Holdinq” çayçılıq təsərrüfatını daha da inkişaf etdirmək, Azərbaycan çayının şöhrəti dünyaya yaymaq istiqamətində müxtəlif yerli və beynəlxalq layihələr reallaşdırır.
Masallı, Lənkəran, Astara rayonlarında yerli fermerlərdən ən çox çay satın alan Şirkət eyni zamanda özünə məxsus çay plantasiyalarının sahəsini ildən ilə daha da genişləndirir. Azərbaycanın ilk milli markası “Azərçay” markasının artıq dünyanın 40-a yaxın ölkəsinə ixracı həyata keçirilir. Ən son texnologiyaların tətbiqi ilə yerli tam təbii məhsullardandan hazırlanan “Bizim Tarla” markası yerli istehlakçıların sevimli seçiminə çevrilməklə bərabər ölkəmizin hüdudlarını aşaraq xarixi bazarlarda da yerini möhkəmlindərməldədir.
“Bizim Tarla” məhsullarının əsas özəlliyi, onların ölkəmizdə yetişdirilən seçmə meyvə və tərəvəzlərdən hazırlanması, yüz faiz təbii, şəkərsiz və konsentratsız olmasıdır.
Emin