FHN: Lənkəranda sellə bağlı xilasetmə işləri davam edir

13:01 - 12 Noyabr 2018 - Xəbər

Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.
Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 38 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Xəbər xətti