"Qarabağ" - "Vorskla" oyunu zamanı bayraq aksiyası təşkil ediləcək

21:45 - 8 Noyabr 2018 - Xəbər

"Qarabağ" klubu 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar bu gün Poltavada Ukrayna "Vorskla"sı ilə Avropa Liqasının IV tur oyunu zamanı aksiya təşkil edəcək.

Ucnoqta.az xəbər verir ki, Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qarşılaşmaya gələn Ağdam təmsilçisinin azarkeşlərinə Azərbaycan bayrağı hədiyyə olunacaq. Qeyd edək ki, Aleksey Butovski adına stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da təşkil olunacaq.

Xəbər xətti