Bakıda 160 nömrəli marşrut xəttində yeni avtobuslar – Fotolar

16:35 - 8 Noyabr 2018 - Xəbər

160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.
Noyabrın 11-dən bu şirkət sərnişinlərə yeni avtobuslarla xidmət göstərəcək.


Xəbər xətti