Gürcüstandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

17:03 - 7 Noyabr 2018 - Xəbər

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana “Oka" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra 2 nəfər hal şahidi dəvət edilib və avtomobilə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonundan, ön sol, sağ oturacaqlarının və sağ ayaqaltının altından, torpedadan, baqaj hissəsindən 2 400 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti