BVF: 2019-cu ildə Azərbaycanda qeyri-neft sektoru 2,8% artacaq

20:00 - 6 Noyabr 2018 - İQTİSADİYYAT

2018-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə artım 2,1%, 2019-cu ildə 2,8% təşkil edəcək.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında öz əksini tapıb.

BVF-nin hesablamalarına görə, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 0,78 mln. barrel təşkil edəcək. Cari ildə gündəlik qaz hasilatının 0,41 mln. barrel, gələn il isə 0,54 mln. barrel olacağı proqnozlaşdırılır. Sənəddə qeyd olunub ki, gələn il Azərbaycanda neft sektorunda artım 5% olacaq.

BVF-də hesab edirlər ki, neftin qiymətlərinin yüksək olması və dövlət investisiyalarının genişlənməsi Azərbaycanda iqtisadi artım tempinə müsbət təsir edir.

Proqnozlara görə, bu il ölkəmizdə orta illik inflyasiya 3,5% olacaq, gələn il isə bu göstərici  3,3%-ə enəcək.report

Xəbər xətti