Ukraynanın baş prokuroru Yuri Lutsenko istefa verib.
“Report” “112”yə istinadən xəbər verir ki, o, qərarını parlamentdə siyasi fəal Yekatrina Qandzyukun öldürülməsi üzrə cinayət işindən danışarkən açıqlayıb.
“Bu gün hakimiyyətdən ikiəlli yapışmadığıma heç kimin şübhəsi olmaması üçün Ukrayna Prezidentinə istefa verdiyimi bildirirəm. Siz bu məsələyə parlamentdə mütləq baxmalısınız. Xahiş edirəm, bunu cari həftə ərzində edin. Hüquq-mühafizə sistemində açılmış cinayətlərlə bağlı sübutlar belə məhv edilirsə, mən ölkədə ikihakimiyyətliliyin yaranmasına yol verə bilmərəm”, - o vurğulayıb.
Qeyd edək ki, Yuri Lutsenko 2016-cı il mayın 12-də bu vəzifəyə təyin edilib.
Yekatrina Qandzyuk 1985-ci il iyunun 17-də Ukraynanın Xerson şəhərində anadan olub. 2018-ci il noyabrln 4-də üzünə sulfat turşusu tökərək öldürüblər.