Sürücülük vəsiqəsinə görə rüsum artırıldı

14:52 - 6 Noyabr 2018 - Xəbər

Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu artıq qüvvəyə minib.

Ucnoqta.az xəbər verir ki, bunu Oxu.Az-açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib. Onun sözlərinə görə, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş 25 manat olub:
“Hazırda dövlət rüsumu 18 manat deyil, 25 manat məbləğindədir”.

Xatırladaq ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb.
Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost saytı yayıb.

Xəbər xətti