NASA-nın kosmik aparatı Günəşin yaxınlığında

19:20 - 6 Noyabr 2018 - Xəbər

Günəş tacını tədqiq etmək üçün NASA tərəfindən kosmosa göndərilən “Parker Solar Probe” aparatı Günəşə yaxınlaşıb.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə NASA-dan açıqlama verilib.“Günəşin ölümcül istisi və radiasiyası ilə qarşılaşan “Parker Solar Probe” kosmik aparatımız Günəşə ilk yaxınlaşmasını həyata keçirib. Aparat günəşin 24 milyon kilometrliyindədir. Bu, rekord göstəricidir”, - deyə açıqlamada bildirilib.

NASA-dan bildirilib ki, kosmik zond 343 min kilometr/saat  sürətlə hərəkət edir. Maksimum yaxınlaşma nöqtəsində 19.9 milyon selsi dərəcə qeydə alınıb.
29 oktyabr tarixində isə alman-amerikan zondu “Hellios” Günəşə 26 milyon kilometr məsafədə yaxınlaşmışdı.

Astro fizik Yucin Parkerin şərəfinə adlandırılan “Parker Solar Probe” kosmik aparatı avqust ayında kosmosa göndərilib. 7 il ərzində Günəşin ətrafında 24 dövrə vuracaq.

Xəbər xətti