DSX əməkdaşları Serbiyada qətl törədən azərbaycanlını saxlayıb

10:51 - 6 Noyabr 2018 - Xəbər

 Doha-Bakı təyyarə reysi ilə Qətərdən Bakıya gələn 38 yaşlı Tural Süleymanov Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, araşdırma zamanı onun Serbiyada qəsdən adam öldürmə cinayətini törətməkdə şübhəli bilindiyinə görə “İnterpol” xətti ilə axtarışda olduğu üzə çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin “kriminal dünya” ilə yaxınlığı və onun başqa cinayətlər törətməsi ehtimalını araşdırır.

Xəbər xətti