Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq

16:09 - 5 Noyabr 2018 - Xəbər

Noyabrın 6-dan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq

"Bakı Metropoliteni" QSC sərnişinlərinin nəzərinə çatdırır ki, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Metropolitenin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, məqsəd sərnişinlərimizin təhlükəsizliyini təmin etməkdir.
Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Xəbər xətti