Vaqifdən Çelentano açıqlaması: "Az qala məni "Vətən xaini" edələr"

15:14 - 5 Noyabr 2018 - MAQAZİN

Xəbər verdiyimiz kimi, müğənni Vaqif Nağıyev bir neçə gün əvvəl italyan müğənni Adriano Çelentano ilə duet oxuması haqda video yayıb. Daha sonra isə onun səhnəni bölüşdüyü şəxsin Çelentanonun özü yox, bənzəri Adolfo Sebastyan olduğu ortaya çıxıb. 

Ucnoqta.az xəbər verir ki, V.Nağıyev Axşam.az-a açıqlama verərək, məsələyə aydınlıq gətirib. O bildirib ki, özü bilə-bilə belə bir addım atıb: "On il əvvəl Çelentano açıqlama verib ki, artıq oxumayacaq və Sebastyan onun adından istifadə edərək, konsertlərə qatıla bilər. Əslində Çelentanonun sənətinə bələd olan bilməliydi ki, mənimlə səhnədə olan onun bənzəridir. Odessadan Kiyevə səhər saat 6-da çatmışam. Məni yuxudan oyadıblar ki, səni yıxıb-sürüyürlər. Yaxşı edirlər, etsinlər. Az qala məni "Vətən xaini" edələr. Əslində, mediadan üzr istəyirəm ki, məni düz başa düşməyiblər. Elə bildim ki, hamı anlayacaq, axı Çelentano səhnəyə çıxmır. 

Bizim məşhurlarımız mənimlə bağlı paylaşımlar ediblər. Deyirlər, özümü reklam edirəm. Mən bununla nə qazandım? Uzağı iki-üç gün paylaşılıb, sonra unudulacaq. Budur reklam? Çox peşmanam ki, indi sosial şəbəkələrdəki paylaşımlar belə yöndədir. Onların ucbatından saytlar da yazı qoya bilmir. Bizim məşhurlar Azəri Vandamı paylaşıb, gündəmi zəbt etməklə məşğuldular".

Vaqif bildirib ki, Sebastyanın arzusu Bakıya gəlib, konsert verməkdir:

"Mənimlə bir videosu var, Bakıya gəlmək istədiyini deyib. Buradan təşkilatçılara səslənirəm ki, onun üçün Bakıda konsert təşkil etsinlər".

Xəbər xətti