“Azərsun Holdinq” şəkər çuğundurunun alış qiymətini artırdı

18:04 - 5 Noyabr 2018 - ÖLKƏ İÇİ

"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bəzi məhsulların, o cümlədən şəkər xammalının böyük hissəsi idxal hesabına təmin edilir: "Duz, şəkər və şəkər məhsulları ilə özümüzü əsasən təmin edirik. Ancaq burada xaricdən asılılıq var, şəkər xammalı xaricdən gəlir. Bunun üçün daha çox şəkər çuğunduru əkilməlidir".

“Azərsun Holdinq” tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istehsalatda idxaldan asılılığın azaldılması, o cümlədən zəruri ərzaq məhsulu sayılan şəkər məhsulunun  yerli  xammal hesabına təmin edilməsi istiqamətində verdiyi tapşırığa uyğun olaraq növbəti uğurlu layihə həyata keçirilməklə davam etdirilməkdədir.
Azərbaycan "Azərsun Holdinq"in uğurlu fəaliyyəti sayəsində artıq keyfiyyətli şəkəri ilə də tanınmağa başlayıb. Ölkədə şəkər və şəkər məhsullarının istehsalında xammal kimi istifadə olunan şəkər çuğunduru təsərrüfatı getdikcə genişləndirilir. Belə ki, “Azərsun Holdinq” şəkər çuğundurunun idxalından asılılığı azaltmaq üçün şəkər çuğunduru əkin sahələrinin genişləndirilməsi istiqamətində mütəmadi işlər aparır.

2006-cı ildən fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC şəkər zavodunun bazasında müasir tələblərə cavab verən yeni müəssisələr yaradılıb. Hazırda cəmiyyətin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur, yemqurutma zavodları istehsal etdikləri yüksəkkeyfiyyətli məhsullarla daxili bazarın ehtiyaclarını tam ödəyir.
“Azərsun Holdinq”in  Müşahidə Şurasının sədri Abdolbari Goozalın istehsal müəssisələrində keyfiyyət amilini əsas hədəf kimi qarşıya qoyması məhsulların rəqabət qabiliyyətini daha da artırır. Belə ki, zavodun istehsalı olan şəkər beynəlxalq laboratoriyalarda test edilmiş və alınan nəticələr məhsulun Avropa keyfıyyətindən də yüksək olduğunu göstərib. Bu keyfiyyət göstəricinin nəticəsi olaraq respublikamızdakı "Coca-Cola" kimi nəhəng şirkət qısa zamanda İmişli Şəkər Zavodunun böyük müştərisinə çevrilib.

Qamış şəkəri və xam şəkəri idxal etməklə milyonlarla vəsait xaricə gedir

Yeni istehsal sahələrinin yaradılması əhalinin məşğulluğunun təmin olunması ilə yanaşı, iqtisadi asılılığın aradan qaldırılması baxımından böyük önəm kəsb edir. Ənənəvi istehsal sahələrinin inkişafı ilə yanaşı, yeni istehsal sahələri də yaradılır.
Ancaq torpaqların müəyyən hissəsinin şoranlaşması, şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan  mülkiyyətçilərə üçün ayrılmış subsidiyanın az olması bu sahəyə marağı azaldır. Qeyd edək ki, hazırda bu subsidiyanın məbləği hər ton üçün 4 manatdır. Bu sahədə əkin sahələrinin azalması növbəli əkinlə də bağlıdır. Bununla bağlı mülkiyyətçilərə torpaq sahələri ayırmaqla, çuğundur əkini üçün ayrılmış subsidiyanın artırılması ilə ölkədə şəkər çuğunduru istehsalını daha da artırmaq olar və xaricdən xammal asılılığı xeyli azalar.  Qamış şəkərini, xam şəkəri idxal etmək üçün milyonlara vəsait xaricə gedir. İndiki zamanda strateji bir məhsulun xaricdən idxalı isə ölkənin ərzaq təhlükəsizliyi üçün böyük risk deməkdir. 
 “Azərbaycan Şəkər İstehsalat Birliyi”nin tamamilə yerli xammal əsasında fəaliyyət göstərməsi isə qeyri-neft sektorunun daha da inkişaf etməsinə, əhalinin məşğulluğunun artmasına və ən nəhayət ölkə iqdisadiyyatının daha da güclənməsinə təkan verəcək.

“Azərbaycan Şəkər İstehsalat Birliyi” fermerlərə hər cür dəstək verir

 Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq 2017-ci ildə “Azərsun Holdinq” İmişli Şəkər Zavodunda geniş rekonstruksiya işləri apararaq zavodun istehsal və emal gücünü iki dəfəyə qədər artırdı. Bunun nəticəsi olaraq çuğundur əkin sahələri də ildən ilə genişləndirilməkdədir. Xammalın xarici bazardan asılılığının aradan qaldırılması, xüsusən də şəkər tozu istehsalında xammal kimi böyük tələbat doğuran şəkər çuğunduru əkin sahələri əvvəlki illərdə 2000-3000 ha təşkil edirdisə, ötən ildən etibarən əkin sahələrinin genişləndirilməsi 10.000 ha-larla artırılıb. Bariz nümunə olaraq 2017 təsərrüfat ilində bu bitki üzrə əkin sahəsi 14.000 ha-dək çatdırılıb.  Şəkər çuğunduru əknçiliyinin həyata keçirilməsi, bu məhsulun becərilməsində əkinçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Şəkər İstehsalat Birliyi” fermerlərə hər cür şərait yaradıb. İstehsal müəssisəsi tərəfindən əhalinin sosial rifahının daha yaxşılaşdırılması, iş yerlərinin artırılması, əkinçi və fermerlərərin şəkər çuğunduru əkinçiliyinə marağı artırmaq üçün hər cür dəstək verir. Belə ki, torpaq hazırlığından başlayaraq, toxumun torpağa tətbiqi, sağlam və keyfiyyətli məhsulun əldə edilməsi üçün bitkinin vegetasiya ərəfəsində aqrotexniki xidmətlərin kompleks şəkildə icrası, becərmə işlərinin düzgün və zamanında aparılması, yekunda məhsulun torpaqdan istehsal müəssisəsinədək tədarükü üçün nəqliyyat xərcləri daxil olmaqla müəssisə tərəfindən bütün maddi dəstək göstərilir. Bu sahəyə göstərilən diqqət və qayğının artırılması, əkinçilərə öz töhfələrinin verməsi üçün müəssisə tərəfindən onlarla yerli aqronom bölgələrdə birdəfəlik işlə təmin edilərək bu sahəyə cəlb edilib.

Torpaq mülkiyyətçiləri arasında bağlanmış müqavilələrə əsasən, yay və payız şumunun aparılması, malalanma, gübrələrin və toxumların alınması, alaq otlarına qarşı mübarizənin aparılması, aqrotexniki qulluğun göstərilməsi və digər işlər MMC tərəfindən həyata keçirilir.
Son 14 illik şəkər çuğunduru əkinçiliyindəki təcrübəsiylə sınaqdan çıxmış torpaq seçimi kriteriyaları, əkin proqramı üzrə texnoloji xəritə, aqrotexniki vasitələrin seçimi, təchizatçı fermərlər ilə işləmə prinsipləri, müştəri nəzarəti və aqrar-müşavirlk xidmətləri sahələrindəki tövsiyyələr Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən yerinə yetirilməkdədir.

Şəkər çuğundurunun bir tonu 60 manata satın alınacaq

“Azərsun Holdinq” tərəfindən şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan  mülkiyyətçilərə dəstək vermək üçün növbəti təsərrüfat ilindən etibarən şəkər çuğundurunun bir tonu üçün alış qiymətinin artırılmasına qərar verilib. Bu barədə çuğunduru əkinçiliyi ilə məşğul olan  mülkiyyətçilər və jurnalistlərlə görüşündə “Azərbaycan Şəkər İstehsalat Birliyi”nin direktoru Mehran Məmmədov  məlumat verdi: “Artıq İmişli Şəkər Zavodu şəkər çuğundurunun bir tonunu 60 manata satın alacaq. Bundan əlavə çuğundurun şəkərlilik dərəcəsi 14 faizdən artıq olarsa hər ton üçün əlavə 2 manat ödəniləcək və  bir ton üçün maksimal ödəniş məbləği 72 manata çatdırılacaq”. Mehran Məmmədovun sözlərinə görə, burada məqsəd torpaq mülkiyyətçilərini çuğundur əkininə sövq etməkdir. Nəticədə zavod yerli xammal hesabına fəaliyyət göstərəcək və xaricdən idxal yarımfabrikatlardan asılılıq azalacaq. 
Holdinqin bu qərarı mülkiyyətçilər tərəfindən razılıqla qarşılanıb. Mülkiyyətçilər isə öz növbəsində zavod tərəfindən onlara yaradılan hər cür dəstəkdən razı qaldıqlarını, dövlət tərəfindən çuğundurun hər tonu üçün ayrılmış subsidiyanın artırılmasını istədilər.

Əkin sahələrinin genişlənməsi və İmişli Şəkər Zavodunun istehsal həcminin artırılması üçün aparılan yenidənqurma  və modernizasiya  işlərinin aparılması nəticə etibarilə şəkər ixracı həcminin də artırılmasına şərait yaradacaq.

Ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət kəsb edən 25 min tondan artıq melas əldə edilib

Şəkər çuğundurunun əkinçiliyi və emalı həcminin artması ilə bərabər istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlib.  İstehsal zamanı ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət kəsb edən 25 min tondan artıq melas əldə edilib. Ölkəmizdə çörək mayasının istehsalının əsas xammalı olan melas, əgər əvvəllər ölkə xaricindən idxal edilirdisə, artıq bunu yerli xammal ilə əvəz etmək üçün münbit şəarait yaradılmışdır.  İmişli Şəkər Zavodunun istehsal potensialı həm melas, həm yanqar məhsulunun illik istehsal həcminin dəfələrlə artırılmasına şərait yaradır.
Melas istehsalından həmçinin yüksək keyfiyyətli 95-96 % etanol spirt və heyvan yeminə qatqı kimi istifadə edilən vinas əldə  etmək mümkündür. Daha dərin emaldan sonra yüksək zülallı, mikroelementlərlə zəngin melas qalığı yenidən yem istehsalında istifadəyə yararlı vəziyyətə gətirilməsi mümkündür. Yaxın gələcəkdə bu məhsuldan daha səmərəli istifadə üçün Melas Qurutma Stansiyasının qurulması nəzərdə tutulub və bu istiqamətdə zəruri addımlar atılır.
Şəkər çuğunduru emalı nəticəsində əldə olunan daha bir vacib yan məhsul isə yanqardır, çuğundurdan əldə edilmiş heyvan yemidir. Yanqar şirəli yem olaraq iri buynuzlu heyvanların süd artımında böyük rol oynayıb, yüksək yağlılıq, protein dəyərinə məxsus südün əldə edilməsinə müstəsna rolu vardır.

Heyvanların südvermə qabiliyyətinin artırılmasına müsbət təsir göstərən yanqarın qablaşdırıldığı bağlamada fermentasiyası həyata keçir ki, bu da fermerlərin işini daha da rahatlaşdırır. Hazırda Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən yanqar məhsulu xüsusi avadanlıqlar hesabına qablaşdırılmaqla yerli fermerlərə təqdim edilir.
Əməyin təşkili və təhlükəsizliyi, habelə ətraf mühit və ekologiyanın qorunması məsələlərində Azərsun Holdinqə aid digər müəssisələrdə olduğu kimi, Azərbaycan Şəkər İstehsalat Birliyində də beynəlxalq qəbul olunmuş müvafiq standartlar, ölkə qanunvericiliyi və Holdinq daxili normativ tələblər əsas götürülməkdədir.

Emin Nəbili

 

Xəbər xətti