“ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb - FOTO

12:44 - 5 Noyabr 2018 - Xəbər

 “ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. 

Müraciəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva edib.  O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

Bənövşə Rzayeva 25 milyonuncu müraciətin sahibi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. 


Xəbər xətti