Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabulaq kəndinin otlaq sahəsindən kənd sakini E.Qurbanova məxsus 7 baş inəyi oğurlamağa cəhd göstərmiş, 6 rayon sakininə məxsus ümumilikdə 8 rəst atı və 8 baş inəyi oğurlamaqda şübhəli builinən Toğana kənd sakini, əvvəllər məhkum olunmuş Nicat Heydərzadə və Göygöl şəhər sakini Eldəniz İsrafilov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onların digər analoji əməllərinin də üstü açlılıb. Belə ki, onların cari ilin avqust və oktyabr aylarında rayonun Çaykənd və Quşçu kəndlərinin 5 sakininin ümumilikdə 13 baş inəyini otlaq sahələrindən oğurladıqları da müəyyən edilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini R.Məmmədlinin həyətyanı sahəsindən 8 baş qoyun oğurlamaqda şübhəli bilinən Şıxsalahlı kənd sakini Rövşən Fərəcov və Bakı şəhər sakini Amil Fərəcov saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb.