Camal Kaşıkçının oğulları: “Meyit bizə verilməsə, bu mövzu bağlanmayacaq”

10:38 - 5 Noyabr 2018 - Xəbər

Qətlə yetirilən jurnalist Camal Kaşıkçınının övladları ilk dəfə açıqlama veriblər.

Ucnoqta.az “Ölkə.az”a istinadən xəbər verir ki, 35 yaşlı Salah və 33 yaşlı Abdulla “CNN” kanalına müsahibə veriblər. Onlar müsahibələrində atalarının çox cəsarətli, comərd və cəsur bir insan olduğunu bildiriblər: “Atamızın meyiti bizə verilməsə yas saxlaya bilmərik və bu mövzu bağlanmayacaq. Hazırda yeganə arzumuz atamızı Mədinədəki Əl Baki qəbirstanlığında ailəmizin digər üzvlərinin yanında dəfn etməkdir. Səudiyyə rəsmiləri ilə danışdıq, qısa müddət ərzində bunu həyata keçirə bilərik”.
Salah bildirib ki, bəziləri cavabsız sualların cavabını bildiklərini düşünürlər amma əslində belə deyil. İstintaqın bitməsini və həqiqətlərin üzə çıxması üçün gözlədiklərini qeyd edən Salah əlavə edib:
“Kral bu işdə əli olan hər kəsin ədalətə təslim ediləcəyini söyləyib. Mən buna inanıram. Belə də olacaq”.

BƏƏ-də yaşayan Abdulla isə cinayətdən əvvəl atası ilə Türkiyədə görüşdüyünü deyib:
“Atam xoşbəxt idi. Onunla görüşmək mənim üçün fürsət idi. İstanbulda yaxşı vaxt keçirdik. Onun son anlarını gördüyüm üçün xoşbəxtəm. Ümid edirəm atam çox acı çəkməyib və hər şey çox sürətlə olub”.

Atasının Müsəlman Qardaşlar üzvü olduğuna dair suala Abdulla belə cavab verib:

“Bunlar atama atılan böhtandır. Onun məqalələrini oxuyub məğzini anlamırlar. Camal heç vaxt müxalif olmayıb. Monarxiyaya inanırdı. Ölkəsinin inkişafına ürəkdən inanırdı”.

Xəbər xətti