Sabahın havası açıqlanıb

14:15 - 4 Noyabr 2018 - ÖLKƏ İÇİ

Noyabrın 5-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 17-20° isti, Bakıda gecə 9-11°, gündüz 17-19° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Noyabrın 5-i günün ikinci yarısından 6-sı gündüzədək arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Azərbaycanın şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-19° isti, dağlarda gecə 2° şaxtadan 3° isti, gündüz 4-7° isti təşkil edəcək.

Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

​ Çaylarda, xüsusən də Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı ehtimal olunur.

Xəbər xətti