Ötən gecə saat 1:30-da rusiyalı bloger İlya Varlamov Bakı hava limanına gələrək, dövlət sərhədini keçib və Azərbaycana daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə virtualaz.org-a Heydər Əliyev hava limanındakı mənbə məlumat verib.
Xatırladaq ki, dünən məşhur rusiyalı bloger və fotoqraf İlya Varlamov Bakı hava limanından Azərbaycan ərazisinə buraxılmayıb və ona bildirilib ki, ölkəyə daxil olması arzu olunan deyil. Varlamovun özünün bildirdiyinə əsasən. o, Dağlıq Qarabağa səfər etməyib və bu vaxta qədər Bakıya səfərləri zamanı heç bir problemlə qarşılaşmayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olan məlumata əsasən, Bakı hava limanında dünən baş vermiş anlaşılmazlıq aradan qaldırılıb və Varlamovun deportasiyası barədə qanunsuz qərar qəbul etmiş məmurlar cəzalandırılıb.