Rusiyalı həmsədr: "Azərbaycan və Ermənistanın xarici işlər nazirləri dekabrda görüşəcəklər"

17:33 - 2 Noyabr 2018 - Xəbər

 “Bakı ilə Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ən yüksək səviyyədə dialoqu davam etdirmək üçün prinsipial iradəyə malikdir”.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

“Ümidvarıq ki, gələn ay iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcək. Həmin görüşdə problemin həlli üzrə başlıca məsələlər, həmçinin cari vəziyyətin inkişafına, iki ölkə rəhbəri arasında münasibətlərin necə qurulacağına dair görüləcək etimad tədbirləri müzakirə olunacaq. Prinsipial məsələ odur ki, ən yüksək səviyyədə dialoqu davam etdirmək iradəsi var”, – rusiyalı diplomat vurğulayıb.

Xəbər xətti