Babək prospektində səhər saatlarından tıxac var- Foto

13:08 - 2 Noyabr 2018 - Xəbər

Bakının əsas prospektlərindən biri olan Babək prospekti səhər saatlarından tıxanıb.

Hazırda da Babək prospektinin Yusif Səfərov küçəsi ilə birləşən hissəsində (şəhərə giriş) tıxac var. Avtomobillər saatda 5-10 km sürətlə hərəkət edirlər.
Hadisə yerində olan sürücülərdən verilən məlumata görə, tıxaca səbəb yolda gedən təmir işləridir.trend

Xəbər xətti