Acun Minanı “O səs”ə çağırdı- Video

12:46 - 2 Noyabr 2018 - MAQAZİN

Azərbaycanda “Dur oppan”, “Hər şey istəyirəm” kimi mahnılarla populyarlaşan, daha sonra gündəmdən uzaq düşən Mina Hüseyn “O səs Türkiyə” yarışmasına qatılıb. 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənc ifaçı məşhur müsabiqənin bu həftəki buraxılışında çıxış edəcək. Hətta “O səs”in anonsu Minanın ifası üzərində qurulub.  Videodan görünür ki, bütün münsif üzvləri həmyerlimizin ifasına heyran olub. O, səhnədə Türkiyənin məşhur türküsü “Nayino”nu səsləndirib.

Mina yarışma ilə bağlı “Qafqazinfo”ya təəsüratlarını bölüşən Mina “O səs”ə Acun Medya tərəfindən dəvət olunduğunu bildirib:
“Təəssüratım superdir. Hələ məni bu qədər tərifləməmişdilər. İfama heyran qaldılar. Mənə dedilər ki, bu kimdir, Qaradəniz qızıdır? Sonra söylədim ki, Azərbaycandan qatılmışam. Zalda alqışlar kəsilmirdi. Seda Sayan məni Bakıda görüb, səsimi dinləyib və bəyənib. Köməkçiləri məni Acun Ilıcalıya təklif edib, o da deyib ki, mütləq gəlsin. Yəni, hamı seçim üçün 3 tur keçib, mən isə bir başa səhnəyə çıxdım”.

Xəbər xətti