Bakıda bərk məişət tullantılarının yığılması və daşınması sistemi təkmilləşdiriləcək

11:27 - 2 Noyabr 2018 - Xəbər

Bakıda bərk məişət tullantılarının yığılması və daşınması sistemi təkmilləşdiriləcək.

Bu, “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb. Xidmətin əhatə dairəsi bütün yaşayış məntəqələrinə doğru genişləndiriləcək, bu sahə yeni texnika və tullantı konteynerləri ilə təchiz ediləcək.

Bunun üçün İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti birgə iş aparacaq.report

Xəbər xətti