Daşkəsən və Gədəbəy rayonlarına ilk qar yağıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, dünən günorta saatlarından yağan yağış gecə saatlarında sulu qar və qara çevrilib. Daşkəsən və Gədəbəy rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-3 santimetrə çatıb.