“Oğlan təbiətli olmuşam və hər zaman oğlanlarla dostluq etmişəm. Evlərin damına çıxıb oynayırdım. Hətta bir dəfə damdan yıxılmışam. Amma heç nə olmamış kimi ayağa qalxmışam”.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri müğənni Səmra Rəhimli “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli filmdə danışarkən bildirib. O, proqramda anasıyla yaxın rəfiqə olduğunu qeyd edib:
“Anamla çox yaxın rəfiqəyəm. İşimdə də anamdan başqa kim mənə ən yaxşısını arzulayar? Məktəbdə oxuyanda bir sirrim var idi, bunu anama danışmaq istəyirdim. O, çox yaxşı münasibət göstərdi. Bundan sonra başa düşdüm ki, bütün sirlərimi onunla bölüşə bilərəm”.
Səmra məktəb illərində də qısa ətək geyindiyini söyləyib: “Məktəbdə oxuyanda belə qısa geyinirdim. O dövrlər hər kəs istədiyi geyimləri geyinə bilirdi. Daha sonra vahid forma ortaya çıxdı. Hamı gəlib deyirdi ki, bu nə ətəkdir geymisən? Mən də onlara cavab verirdim ki, anam xəbərdardır”.
Gənc ifaçı verilişdə atası ilə bağlı danışmaq istəməyib: “İnsanlar deyə bilər ki, atasız olubsan, ona görə danışmırsan. Mən anamın qızıyam. Təki hamının atası mənim anam kimi olsun”.