TV 8-in rəhbəri Acun Ilıcalı aparıcı Zühal Topalı məhkəməyə verir.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb aparıcının Fox TV-də yayımlanan “Zühal Topalla sofrada” proqramının “Yemekteyiz”in plagiatı olmasıdır.
Format sahibi olan Acun qarşı tərəfdən təzminat tələb edəcəyini bildirib: “Dünyanın ən böyük format şirkətlərindən olan İTV-də ölkəmizdə yaşanan bu hadisəni birmənalı qarşılamır. Bu əmək və fikir oğrularını məhkəməyə verəcəyik.
Fox TV-nin rəhbəri Cenk Sonerin bu yanlışlığa təcili olaraq son verməsini gözləyirik. Layihəni xaricdən alan kanallar bu haqsızlığa qarşı həssas olmalıdır”.