ATV kanalında yayımlanan “Vicdan haqqı” serialında tanış olan Murad İsmayılla Ülviyyə Xəlilbəylinin toy tarixi məlum olub.
Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, məşhur cütlük bu gün “Zaurla Günaydın” verilişinin qonağı olub. Hazırda ARB kanalında yayımlanan “Uçurum” serialında tərəf müqabili olan nişanlı məşhurlar verilişdə bildirib ki, toyları noyabrın 26-a təsadüf edəcək.
Xatırladaq ki, iki ilə yaxın sevgili olan Murad İsmayılla Ülviyyə Xəlilbəylinin rəsmi nikah mərasimi avqust ayında baş tutub.