Himalayda qar uçqunu - 9 alpinistin meyiti tapılıb
12:12 - 13 Oktyabr 2018 - Xəbər
Himalay dağlarında qar uçqunu baş verib. Qar uçqunu nəticəsində Cənubi Koreyadan və Nepaldan olan 9 alpinist həlak olub.
Bildirilir ki, uçqun nəticəsində alpinistlərin dincəldiyi çadır düşərgə qar altında qalıb.
Alpinistlərin meyitləri çadırların yaxınlığında və içərisində tapılıb. Onların oradan çıxarılması üçün helikopterlər bölgəyə göndərilib.trend