Qusarda ayı inəkləri parçaladı - Fotolar

21:07 - 12 Oktyabr 2018 - Xəbər

Qusarda ayı mal-qaraya hücum edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qusarın Suvacal kəndində, örüşə buraxılan mal-qara ayı hücumuna məruz qalıb. Kənd sakinlərinin sözlərinə görə, kənddə yaşayan Cavid Qayıtmazov, Ərziman İbrahimov və Zabit Qayıtmazovun 3 baş iribuynuzlu heyvanlarını ayı örüş sahəsində parçalayıb. Sakinlər hadisədən bir gün sonra xəbər tutub.

Mal-qarasına ziyan dəymiş sakinlər bildiriblər ki, örüşə gedən heyvanlar geri qayıtmayıb. Ertəsi gün həmin əraziyə baxdıqda görüblər ki, 3 baş inəyi ayı otlaq yerində parçalayıb.


Xəbər xətti