Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşdü: yaralılar var

11:25 - 12 Oktyabr 2018 - Xəbər

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı “99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.

Avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb. Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.
Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.trend

Xəbər xətti