Baykonur kosmodromunda qəza: Kosmonavtlar geri qaytarıldı

18:59 - 11 Oktyabr 2018 - Xəbər

Qazaxıstanın Baykonur kosmodromunda “Soyuz MS-10” raket-daşıyıcısının buraxılışı zamanı qəza baş verib.

Qəza ilə əlaqədar Beynəlxalq Kosmik Stansiyaya göndərilən kapsul geri qaytarılıb. Raketdaşıyıcı stansiyaya rusiyalı kosmonavt Aleksey Ovçini və amerikalı Nik Heyqi çatdırmalı idi.
Onlar artıq yerə çatıblar. Kosmonavtların xəsarət almadığı deyilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Xəbər xətti