Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-133 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin yolun 16-30 və 50-65-ci kilometrlik hissələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.