Bakıda mikroavtobusun aşması nəticəsində yaralanan şəxslərdən biri ölüb

12:27 - 9 Oktyabr 2018 - Xəbər

Daxili İşlər Nazirliyi (DİN) Lənkərandan Bakıya gələn mikroavtobusun aşması ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu aşırıb. Nəticədə sürücü və sərnişinləri - Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib, Q.Salayeva orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.report

Xəbər xətti