Bu ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2 385,1 km yeni qaz kəməri quraşdırılıb.
Ucnoqta.az quruma istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 182,6 km qaz kəməri əsaslı təmir olunub. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Qax, Quba, Şabran, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 71 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.