Həbibinn döydüyü məşqçi erməni imiş - VİDEO

12:05 - 8 Oktyabr 2018 - Xəbər

UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dillon Danis ermənidir. 

 Danis 1993-cü il avqustun 22-də Nyu-Çersidə anadan olub. 2016-cı ildən Makqreqorun məşq komandasına rəhbərlik edir.  “Çoxları bilmir, ancaq mən erməniyəm. Mən fəxr edirəm ki, bu ölkəni təmsil edirəm”, - Danis hələ 2016-cı ildə deyib.

Xatırladaq ki, bazar günü qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gəlib. 

Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Dillon Danisi onun dinini təhqir etdiyinə görə döyüb.oxu.az

Xəbər xətti