Zaqatalada piyadanı vuraraq qaçan sürücü saxlanılıb

12:30 - 7 Oktyabr 2018 - Xəbər

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb. Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun Muxax kəndi ərazisində 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğlunu "Mercedes Benz" markalı avtomobillə vuran Bakı şəhər sakini Oktay Mirzəyev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti